BİZNES

02 Sentyabr

Macarıstan və Serbiya neft kəməri layihəsini sürətləndirir

Finss.az xəbər verir ki, Macarıstan və Serbiya enerji əməkdaşlığını gücləndirmək məqsədilə yeni neft kəmərinin tikintisini sürətləndirmək barədə razılığa gəliblər. Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, layihənin 190 km-lik Macarıstan seqmentinin 2027-ci ilin sonunadək tamamlanması planlaşdırılır.

Szijjarto həmçinin Ukraynanın Druzba neft kəmərinə hücumlarını xatırladaraq, enerji təhlükəsizliyi baxımından Serbiya və Macarıstan arasında strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Yeni kəmərin istifadəyə verilməsi iki ölkənin enerji asılılığını azaltmaqla yanaşı, regionda sabitlik və enerji təminatını da gücləndirəcək.